Naxçıvan Dövlət Universitetinin ərazisində ağacəkmə aksiyası keçirilib

post-img

Naxçıvan Dövlət Universitetinin ərazisində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada universitetin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov, azərbaycanlı alim, ixtiraçı, elektronika mühəndisi Xəlil Kələntər və prorektorlar, rektor müşavirləri, bütün fakültələrin dekanları iştirak ediblər.

Aksiya çərçivəsində 50 “Xan çinar” əkilib.

Ali təhsil müəssisəsindən verilən məlumata görə, əkilən hər ağac üçün xüsusi QR kod yaradılacaq və bu kod vasitəsilə aksiyanın gedişatını əks etdirən videogörüntülərə baxmaq mümkün olacaq.

Səbuhi HƏSƏNOV

XQ

 

 





Son xəbərlər