Sumqayıt Saraya qovuşur

post-img

Yeni körpü açılışa hazırdır

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən, Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə aparılan tikinti işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən mətbuata bildirilib ki, obyektin tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində inşaat işləri tamamilə başa çatdırılıb.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Yeni körpü 3 aşırımdan və 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri tikilib. Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir.

Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

XQ

Son xəbərlər