Baş Prokurorluq qurumun qadınlarını təbrik edib

post-img

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsinin öncədən bizim xalqın adət-ənənələrində mövcud olduğunu diqqətə çatdırıb.

Baş prokurorun sözlərinə görə, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların dövlət işlərində çalışması üçün çox yaxşı şərait yaradılıb. Son illərdə qadınların hüquq-mühafizə, prokurorluq orqanlarında işləməyə xüsusi maraq göstərdiyini bildirən K.Əliyev fikirlərinə belə davam edib: “Məlumdur ki, ildə bir dəfə prokurorluq orqanlarına işə qəbul həyata keçirilir. Statistikaya nəzər salsaq, görərik ki, xanımların sayı ildən-ilə artır. Onlar işə münasibətilə seçilir və daha ədalətli olmağa çalışırlar. Biz dövlət siyasətinə uyğun olaraq xanımların prokurorluq orqanlarında daha çox işə qəbul olması və karyera inkişaflarını diqqətdə saxlayacağıq”.

Hüquq fakültəsində təhsil alan qızların sayının ildən-ilə artdığını deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər çıxış edənlər də Azərbaycanda qadınların müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs edib, hüquq-mühafizə orqanlarında qadınların işləməsi üçün yaradılan imkanlara görə məmnunluq ifadə ediblər.

Daha sonra prokurorluq orqanlarının veteran və hazırkı qadın heyəti arasında fərqlənən əməkdaşlar təltif olunublar.

Tədbirdə “Prokurorluqda qadın gücü” adlı sənədli-bədii qısametrajlı film nümayiş etdirilib.

XQ



Son xəbərlər