Azərbaycan–Türkiyə hərbi əməkdaşlıq müzakirəsi

post-img

Azərbaycan ilə Türkiyə arasında imzalanmış "İkitərəfli hərbi əməkdaşlıq proqramı"na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.

XQ

Son xəbərlər