İş adamlarımız Məkkədə

post-img

Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” çərçivəsində iş adamlarının iştirakı ilə Səudiyyə Ərəbistanı–Azərbaycan Dəyirmi Masası təşkil olunub.

Tədbirdə Səudiyyə Ərəbistanının Mərkəzi Asiya ölkələri üzrə İşgüzar Şurasının sədr müavini Əli Alotaibi və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələr arasında biznes və investisiya sahəsində əməkdaşlıq, KOB-lar arasında qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması, halal sənaye sahəsində iş adamları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər.

Dəyirmi masa çərçivəsində biznes nümayəndələri arasında “B2B” görüşlər keçirilib, şirkətlər fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat verib, idxal və ixrac imkanları barədə müzakirələr aparılıb.

 

Son xəbərlər