PKK terrorçuları təşkilatın başçısının “PKK özünü buraxsın, bütün qruplar tərk-silah olsun” çağırışına əməl edəcəyini açıqlayıb. Bu barədə Türkiyə mətbuatında bildirilib.
Qeyd edək ki, artıq 70 ildir terrorla mübarizə aparan Türkiyə xüsusilə son illər ərzində PKK və onun qollarına qarşı ölkə daxilində və sərhədlərdən kənarda çoxlu sayda irimiqyaslı uğurlu əməliyyat icra edib. Terrorla mübarizə, sərhədlərinin qorunması və dinc əhalinin firavan yaşayışının təmini istiqamətində aparılan bu əməliyyatlara tab gətirə bilməyən PKK tərk-silah olacağını açıqlayıb.
XQ