“Yeni Gün” Türk dünyasını birləşdirən yeni layihələrdən yazdı

post-img

Türkiyənin İzmir şəhərində nəşr edilən “Yeni Gün” qəzeti türk birliyinə yeni töfələr verən iki beynəlxalq layihənin təsdiqlənməsi haqqında xəbər yayıb. 

Qəzetinin yazarı Əsli Solmazın təqdim etdiyi məqalədə deyilir ki, Türkiyə Böyük Millət Məclisi Türkmən-Türk Ümumtəhsil Məktəbinə dair Anlaşma Memorandumunu və Türkiyə ilə Azərbaycan arasında Təbii Qaz Sahəsində Əməkdaşlıq haqqında iki beynəlxalq müqaviləni təsdiq edib. 

Layihələrin Türk dünyasının siyasi və iqtisadi bağlarını möhkələnməsində xüsusi yeri olduğunu vurğulayan qəzet Türk dünyası ölkələri arasında ticarət əlaqələrinin genişlənməsi, gömrük maneələrinin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və ortaq investisiya fondlarının yaradılması kimi addımların sürətləndirilməsinin vacib olduğunu qeyd edib. 

İYİ partiyadan olan millət vəkili Mətin Ergünün çıxışından sitat verilən məqalədə deyilir: “Türk dövlətləri arasında azad ticarət zonalarının yaradılması ilə iqtisadi inteqrasiya sürətləndirilməlidir. Xəzərdən keçən  Orta Dəhlizin istifadəsi ticarətin sürətlənməsinə və xərclərin azalmasına kömək edəcək. Buna görə də, region ölkələri arasında dəmir yolu, avtomobil yolları və hava nəqliyyatı sahəsində birgə layihələrin sayı artırılmalıdır”. 

Məqalədə bildirilir ki,  partiyası adından çıxış edən CHP Əskişəhər millət vəkili Utku Çakırözər Türkiyə ilə Azərbaycanın beynəlxalq müqavilələrlə bağlı qardaşlıq bağı olduğunu, iki ölkə arasında möhkəm qardaşlıq münasibətinin Türkiyədə partiya sərhədlərindən də üstün  olduğu vurğulanıb. 

XQ

 

 

 



Son xəbərlər