Ortaq dəyərlər Türk dünyasını birləşdirir

post-img

Fevralın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, xanım Aktotı Raimkulova ilə görüşüb.

Qonağı salamlayan Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın yaxınlaşmasına imkan yaradır.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova fondun yaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözlərini özləri üçün deviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdə qurduqlarını diqqətə çatdırıb.

 

Son xəbərlər