Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər nazirinin müavini Meder Abakirov ilə görüşüb.
Görüşdə siyasi əməkdaşlıq məsələləri, o cümlədən, yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkili, eləcə də iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bundan əlavə, görüşdə ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə diqqət yetirilib. Bununla yanaşı tərəflər bu il Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd ediblər.