Türkmənistanda COP29 müzakirəsi

post-img

Böyük Britaniyanın Türkmənistandakı səfirliyi və BMT-nin bu ölkədəki nümayəndəliyi tərəfindən təşkilatın binasında diplomatik korpusun iştirakı ilə keçirilən İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8-ci görüşündə 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas nəticələri barədə brifinq təqdim edilib.

Səfir Qismət Gözəlov COP29-da əldə olunan mühüm nəticələr barədə məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan qlobal tədbirə uğurla hazırlıq görüb və cəmi 10 ay ərzində məqsədlərini həyata keçirməyə nail olub. COP29 çərçivəsində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində 34 yüksəksəviyyəli tədbir, 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə ekologiya, maliyyə, investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiya və gender bərabərliyi kimi mövzular üzrə 100-dən çox tədbir keçirilib.

Vurğulanıb ki, COP29-un mühüm qərarlarından biri 1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin müəyyən olunması olub. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş 100 milyard dollarlıq maliyyə öhdəliyi üçqat artırılaraq, ən azı, 300 milyard dollara çatdırılıb.

XQ

Son xəbərlər