Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hesabatı

post-img

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Agentliyin rəisi, general-mayor İlqar Abbasov görülmüş işlərdən danışarkən bildirib ki, 2024-cü ildə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən neft və qaz ixrac boru kəmərlərinin, o cümlədən mühafizə olunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilib, terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması, yeni yaradılmış qurum kimi agentliyin fəaliyyətinin formalaşdırılması və şəxsi heyətinin komplekləşdirilməsi üçün zəruri işlər həyata keçirilib. Ötən il neft-qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Bundan başqa, ötən il 86 PUA-nın idxalı və istifadəsi ilə bağlı müraciətə baxılaraq, 48-nə mənfi rəy verilib.

Diqqətə çatdırılıb ki, ötən il 37 nəfər olmaqla, son 2 ildə, ümumilikdə, 85 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib. Xidməti fəaliyyətində fərqləndiklərinə görə, agentliyin 360 hərbi qulluqçusu mükafatlandırılıb. 12 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb. 2024-cü ildə 45 hərbi qulluqçu intizam qaydalarını pozduqlarına görə barələrində intizam cəzaları tətbiq edilib.

Kollegiya iclasında il ərzində görülmüş işlərə dair regional idarə rəislərinin hesabat-məruzələri dinlənilib, Agentliyin Aparatının idarə rəisləri çıxış edib, qarşıda duran vəzifələr müzakirə olunub.

XQ

Son xəbərlər