ABŞ-da “Qremmi” mükafatının 67-ci təqdimetmə mərasimi keçirilib. Tədbir Los-Ancelesin “Crypto.com Arena” idman kompleksində təşkil edilib. Amerikalı müğənni Çappell Ron “Ən yaxşı yeni ifaçı” nominasiyasını qazanıb. İndiyə qədər ən çox “Qremmi” mükafatı əldə edən Beyons isə bu il ilk dəfə “İlin albomu” nominasiyasının qalibi olub və bu mükafatın ilk qaradərili ifaçısı kimi tarixə düşüb.
Tədbiri artıq neçə ildir ki, cənubi afrikalı komediya ustası, aktyor və televiziya aparıcısı Trevor Noa aparır.
Xatırladaq ki, “Qremmi” ABŞ səsyazma şirkətləri assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis edilən musiqi mükafatıdır. Mükafat 2012-ci ilə qədər 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatından götürülüb.
S.FİDAN
XQ