Çin ABŞ-dan idxal olunan bəzi məhsullara 10-15 faizlik əlavə rüsumlar tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyi açıqlama yayıb.
Qərar fevralın 10-dan qüvvəyə minəcək. Əlavə idxal rüsumu tətbiq olunacaq məhsullara xam neft, kənd təsərrüfatı texnikası, sıxılmış maye qaz, bəzi avtomobillər daxildir. Bu, ABŞ-ın Çindən idxal olunan məhsullara 10 faizlik əlavə rüsum tətbiqi barədə qərarına Pekinin cavabıdır.
Qeyd edək ki, Vaşinqton rüsum qərarını elan edəndən sonra Çinin Xarici İşlər və Kommersiya nazirlikləri açıqlama yayaraq, ölkənin qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi əks tədbirləri görəcəyini bildirmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin