Dünən 7-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planı təsdiq edilib, Ali Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılıb.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun məlumatından sonra gündəlik təsdiq olunub. Əvvəlcə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Daxili Nizamnaməyə əsasən, Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılmalıdır. Həmin komissiyalar Ali Məclisin deputatlarından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir. Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” qərar layihələri də səsə qoyularaq qəbul edilib.
XQ