46 cinayətin açılması təmin olunub

post-img

Fevralın 2-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər