SOCAR Yaponiya şirkəti ilə rəqəmsallaşma və dekarbonizasiya mövzularını müzakirə edib

post-img

SOCAR və “Yokogawa Europe B.V.” arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə “ExecutiveWorkshop” (icraçı seminar) təşkil olunub.

AZƏRTAC SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, seminarda daunstrim dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat