Türk jurnalistin Heydər Əliyev sevgisi

post-img

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında türkiyəli alim, Türkiyə Radio-Televiziya Qurumunun müxbiri Aysel Sadak İltaşın Ulu Öndər, Türk xalqlarının lider şəxsiyyəti Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimat mərasimi keçirilib.

Universitetin rektoru Elbrus İsayev yeni nəşrin Ümummilli Liderin titanik həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib. Qeyd edilib ki, əsərdə Türk dünyasınn iftixarı olan Heydər Əliyevin dövlətçilik prinsipləri, müdrik siyasəti və xalqına olan sonsuz sevgisi, dünya siyasət tarixindəki önəmli yeri müxtəlif yönlərdən tədqiq olunub.

Bildirilib ki, kitabda tanınmış alimlərin, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların Heydər Əliyev haqqında düşüncələri, onunla bağlı xatirələri də toplanıb. Yeni nəşrin universitetin kitabxana fonduna daxil olması müəllim və tələbələr üçün dəyərli elmi mənbə, Ümummilli Liderin zəngin irsi ilə bağlı tədqiqat aparan gənclər üçün mötəbər qaynaq rolunu oynayacaq.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabın dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin nəhəng şəxsiyyətini, yüksək insani keyfiyyətlərini və xalqımıza misilsiz xidmətlərini əhatəli işıqlandırdığını bildirib. Akademik qeyd edib ki, bu nəşr Heydər Əliyev siyasi fenomenini dərindən öyrənmək və onunla bağlı tədqiqatlar aparmaq istəyənlər üçün qiymətli mənbədir. Kitabda dahi liderin həyatına və irsinə dair dəyərli fikirlər, xatirələr və təhlillər də toplanıb.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Emin Şıxəliyev, hərbçi veteran Urfulla Qurbanov, “Sirab” ASC İdarə Heyətinin sədri Namiq Novruzov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya “İnsan ürəyi ilə Heydər baba” kitabının müəllifinin ulu öndər Heydər Əliyevin irsini dərindən araşdıraraq dəyərli bir əsər ərsəyə gətirdiyini vurğulayıblar.

Türk jurnalist Aysel Sadak İltaşın kitabın Türk dünyasının unudulmaz lideri Heydər Əliyevə olan dərin sevgi və ehtiramının ifadəsi olaraq ərsəyə gəldiyini söyləyib, verilən dəyərə görə minnətdarlığını bildirib. Müəllif universitetin Elmi Kitabxanasına və iştirakçılara yeni kitabın nüsxələrini hədiyyə edib.

Səbuhi HƏSƏNOV



Son xəbərlər