Ümumdünya Dinlərarası Harmoniya Həftəsi 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən təsis olunduqdan sonra fevral ayının ilk həftəsində qeyd olunan illik tədbirdir. Buili həftə “Sülh naminə birləşək” devizi altında keçirilir.
İnsanlar arasında qarşılıqlı anlaşma, harmoniya və əməkdaşlığı gücləndirmək üçün müxtəlif dinlər arasında dialoqun zəruri olduğunu qeyd edən Baş Assambleya bütün dövlətləri dinlərarası harmoniya və xoşməramlılıq mesajını dünyanın kilsələrində, məscidlərində, sinaqoqlarında, məbədlərində və digər yerlərdə yaymağa təşviq edir. Fevralın 7-dək davam edəcək tədbirlər çərçivəsində insanlar könüllü olaraq öz dini ənənələrinə və ya əqidələrinə uyğun olaraq ibadət edəcəklər, ünsiyyət quracaqlar.
XQ