Dünən bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir şikayət daxil olmayıb.
Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvermə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyib. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat verə bilərdilər.