Azərbaycan–Qətər siyasi məsləhətləşməsi

post-img

Yanvarın 26-da Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.

Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Qətərin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib. 

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

XQ

 

Son xəbərlər