Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Ali Məclisi Senatının üzvü, "İshonch", "İshonch-Doverie" qəzetlərinin baş redaktoru Husan Ermatovla görüşüb.
Görüş zamanı Azərbaycan və Özbəkistan arasında kütləvi informasiya vasitələrinin əməkdaşlığının hər iki ölkənin siyasi, mədəni və tarixi əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
A.Marifli dövlət başçılarımız arasında qurulan səmimi və strateji əlaqələrin bu sahədə işbirliyinin daha da dərinləşməsinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaratdığını, həmçinin Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin KİV sahəsində əməkdaşlığın dövlətlərarası münasibətlərin vacib hissəsi kimi qiymətləndirməsini xüsusi vurğulanıb. Bundan başq iki ölkənin jurnalist təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və informasiya mübadiləsi sahəsində tərəfdaşlığın inkişafı məsələləri, müxtəlif sahələrdə məlumatların mübadiləsi, hər iki xalqın tarixi və mədəniyyətini yaxından tanıtmaq üçün xüsusi reportajların hazırlanması, Özbəkistan media platformasında Azərbaycan dilində, Azərbaycan media platformasında isə özbək dilində materialların yayılmasınının vacibliyi, digər birgə media layihələrinin təşkili, həmçinin təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüşdə peşə fəaliyyəti haqqında məlumat mübadiləsi aparılıb, jurnalistikanın aktual istiqamətlərini müzakirə edilib, birgə layihə və təşəbbüslərə maraq göstərilib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi və "İshonch", "İshonch-Doverie" qəzetləri arasında hər iki ölkədə peşəkar əlaqələrin möhkəmləndirilməsi, jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə layihələrin fəal şəkildə həyata keçirilməsinə dair razılıq əldə olunub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd