Üç gündə dələduzluğa görə 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının yanvarın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Yanvarın 18-19-da saxlanılaraq istintaqa təhvil verilən dələduzluğa görə axtarışda olanların sayı isə 14 nəfər olub. 

Yanvarın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər