Azərbaycanın iri şəhərləri sırasında ilk beşlikdə yer alan Yevlaxda kompleks işıqlandırma işləri başa çatıb. “Bakı Abadlıq Xidməti”nin səyi nəticəsində şəhərin əsas prospekt və küçələrində, daha doğrusu, 25 küçədə 894 işıq nöqtəsi quraşdırılıb.
Müasir konusvari dirəklərə dünya şöhrətli “Phillips” şirkətinin istehsalı olan lampalar bərkidilib. Bu isə o deməkdir ki, şəhərin 25 kilometrlik çevrədən artıq ərazisi nura boyanıb. 85 yaşlı şəhərin yeni siması göz oxşayır.
XQ