FHN və Bakı Metropoliteni birgə təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Memar Əcəmi 2” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş Əməliyyat İdarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Memar Əcəmi 2” stansiyasındakı elektrik lövhəsində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib. Operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”. 

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub. Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

 

P.ƏMİRCANOV

XQ

 

 





Son xəbərlər