Yeni ildə MDB-nin Gənclər Paytaxtı Qəbələ olacaq

post-img

Özbəkistan Gənclər İttifaqı və Gənclərin İşləri üzrə Agentliyin təşkilatçılığı ilə Daşkənd şəhərindəki Gənclərin Yaradıcılıq Sarayında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Gənclərin işləri üzrə Şurasının növbəti iclası keçirilib.

Məclisdə MDB-nin üzvü olan ölkələrin Gənclər Paytaxtı Beynəlxalq layihəsinin əsasnaməsinə əsasən Qəbələ şəhərinin 2025-ci ildə MDB-nin Gənclər Paytaxtı olması barədə məlumat verilib və bununla bağlı sertifikat Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rauf Əliyevə və Qəbələ şəhər icra hakimiyyətinin nümayəndəsi Tahir Əlimirzəyevə təqdim edilib.

Yığıncaqda Gənclər və İdman Nazirliyinin gənclərdən ibarət heyəti də iştirak edib.

Xatırladırıq ki, bu il MDB-nin Gənclər paytaxtı Daşkənd şəhəri olub. Ötən ilin yayında isə MDB Hökumət Başçıları Şurasının Daşkənddə keçirilən iclasında Qəbələ şəhəri 2025-ci ildə MDB-nin Gənclər Paytaxtı elan edilmişdi.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Son xəbərlər