Azərbaycan ŞKTC ilə sığorta əməkdaşlığı qurur

post-img

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sığorta sahəsində əməkdaşlıq qurulub.

Bununla əlaqədar olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi arasında memorandum imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında kadr, təcrübə və məlumat mübadiləsi, yeni ortaq məhsul strategiyalarının formalaşdırılması, iki ölkə arasında təkrarsığorta əlaqələrinin qurulması yönündə əməkdaşlıq istiqamətləri müəyyən olunub. Bu əməkdaşlıq istiqamətləri arasında, Türk Dünyası Sığorta Birliyinin (TDSB) Azərbaycanın Şuşa şəhərində keçiriləcək I Assambleyasının təşkilatçılığında TDSB-də müşahidəçi qurum olan Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin iştirakı da yer alıb.

Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycanın sığorta sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı 9-a çatıb.

XQ

Son xəbərlər