Pakistan rəsmisi FHN-də

post-img

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixən sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayıb, iki ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasından danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik COP29-da iştirakdan məmnunluq ifadə edib, qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

XQ

Son xəbərlər