Çinin Çjuhay şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində ümumilikdə 35 nəfər ölüb, daha 43 nəfər yaralanıb. Polisin hesabatı noyabrın 12-də “News.cn” tərəfindən dərc edilib: “35 nəfər həlak olub, 43 nəfər yaralanıb”.
Məlumatı “İzvestiya.ru” verib.
Avtomobilin sürücüsü hadisə yerində intihara cəhd edib. Lakin o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda komadadır.
“O, müalicə alır və hələ ictimai təhlükəsizlik orqanları tərəfindən dindirilə bilməz”, - nəşr bildirib.
Hüquq-mühafizə orqanları araşdırma zamanı müəyyən edib ki, avtomobilin sürücüsü boşandıqdan sonra əmlak bölgüsü nəticəsində əsəbiləşdiyi üçün qəsdən belə hərəkət edib.
Qəza noyabrın 11-də baş verib. Avtomobil idman kompleksinin yaxınlığındakı səkiyə çıxıb və insanları vurub.
P.ƏMİRCANOV
XQ