Borçalı aşığı təltif olunub

post-img

Gürcüstanda yaşayan sazbənd və aşıq Bafəli Adıgözəlov Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov komitədə soydaşımızla görüşərək medalı təqdim edib.

Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Bafəli Adıgözəlov bundan sonra da xaricdə, o cümlədən Gürcüstanda Azərbaycan mədəniyyətinin, aşıq sənətinin təbliği üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

XQ

Son xəbərlər