Mədəniyyət naziri vətəndaşlarla görüşüb

post-img

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 30-da Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində vətəndaşlarla görüşüb. Qəbulda Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşlar, əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri üzvlərinin və qazilərin qeyd etdikləri məsələlərə diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.

XQ

Son xəbərlər