Növbəti ildən ambulator xəstələrə həkim tərəfindən yazılmış əsas müalicə dərmanlarının tibbi sığorta paketinə daxil edilməsi və İctimai Tibbi Sığorta tərəfindən ödənilməsi gözlənilir.
Bunu İTS Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Leyla Lətifova Qəbələ xəstəxanasına mediaturda “Medicina.az” saytının əməkdaşına bildirib. O, jurnalistin “Qərar hansı xəstəlikləri əhatə edəcək?– sualının cavabında deyib:
– Proses mərhələli şəkildə həyata keçiriləcək. Diqqət ediləcək ki, hansı xəstəliklərin müalicəsini ləngitmək daha çox ağırlaşmalar yaradar. Mərhələli qaydada birinci ürək-damar xəstəlikləri, həzm sistemi, daha sonra tənəffüs sistemi xəstəlikləri üzrə dərmanların təmin olunması nəzərdə tutulub.
Azərbaycanda Tibbi Sığorta haqqında qanunda dəyişikliklər qəbul edildikdən sonra, qanun öz təsdiqini taparsa, proseslər sürətlə həyata keçiriləcək. Dərmanların apteklərdə xüsusi qrup üzrə xəstələrə sığorta ilə pulsuz verilməsinə başlanılacaq.
XQ