“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb

post-img

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilir ki, hazırkı məlumatlara əsasən, “Gürcü Arzusu” yeni parlamentdə 89, “Dəyişiklik üçün Koalisiya” 18, “Birlik Milli Hərəkatı” 17, “Güclü Gürcüstan” 14, Qaxariyanın partiyası isə 12 deputatla təmsil olunacaq.

Seçkilərin ilkin nəticələrinə görə, ümumilikdə 61 mandata malik dörd siyasi subyekt müxalifət kimi parlamentə daxil olacaq.

Qeyd edilib ki, 3111 məntəqədən 3100-də səslər hesablanıb.

Mandatların yenidən bölüşdürülməsi qaydasına gəlincə, siyasi partiyanın aldığı mandatların sayını müəyyən etmək üçün onun qazandığı səslərin sayı 150-yə vurulmalı və səslərin 5 faizini əldə etmiş bütün siyasi partiyaların topladığı səslərin cəminə bölünməlidir. Əldə edilən bütün rəqəm siyasi partiyanın qazandığı yerlərin sayıdır.

Siyasi partiyaların əldə etdiyi mandatların cəmi 150-dən azdırsa, bölüşdürülməmiş mandatları ardıcıl olaraq daha yaxşı nəticə göstərən siyasi partiyalar alır.

Son xəbərlər