Tikinti şirkətlərindən oğurluq edilməsi ilə bağlı araşdırma aparılır

post-img

Yasamal rayonu ərazisindəki tikinti ərazisindən şirkətə məxsus kabellərin oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən A.İmanov, B.İmanov və N.Ağayev saxlanılıb.

 Nizami rayonu ərazisində yerləşən bir tikintidən isə 2500 manat dəyərində dəmir dirəklər oğurlamaqda şübhəli bilinən K.Dəlləkov, S.Əhmədov və H.Məmmədov 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən 25 yaşlı R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər