Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Günü

post-img

Dünən Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib.

Hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açılış nitqi ilə çıxış edərək, ölkəsinin müstəqillik əldə etdiyi illər ərzində onun keçdiyi yoldan danışıb.

Səfir Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, strateji tərəfdaşlıq - müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlərin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəklər.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Hökuməti adından çıxış edərək deyib ki, müstəqillik illərində ölkələrimiz əhəmiyyətli uğurlara nail olaraq, öz regionunda mühüm dövlətlərə çevriliblər.

Sonda Qazaxıstanla əməkdaşlıqda xüsusi rolu olan şəxslər təltif olunublar.

XQ

Son xəbərlər