Lənkəranda Hərbi Prokurorluğun Sərhəd Xidməti ilə birgə görüşü

post-img

Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları Lənkəran şəhərində şəhər rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirib.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb.

Sonra Firad Əliyev, Hərbi Prokurorluğun idarə rəisi, ədliyyə polkovniki Natiq Həsənov, Lənkəran hərbi prokuroru, ədliyyə polkovniki Elşən Əli-Məmmədov, polkovnik Əli Əliyev, polkovnik Anar Ağabəyov, polkovnik-leytenant Müsəddiq Əsədov və digər şəxslər çıxış ediblər. Onlar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülən misilsiz işlərdən, qazanılan uğurlardan Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqımızın müdrikliyindən söhbət açılıb.

Görüş hüquqi-maarifləndirici çıxışlarla davam edib, suallar cavablandırılıb. Sonda ağaclar əkilib.

XQ

Son xəbərlər