Cəlilabadda ağacəkmə aksiyası

post-img

Cəlilabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib. Aksiya Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində keçirilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10 min ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

XQ

 

Son xəbərlər