XVIII əsrin sonlarında alman alimi İohan Blumenbax bəşəriyyəti 5 irqə – ağ, sarı, qara, qırmızı və qəhvəyi irqlərə bölmüşdü. Ağdərililər daha üstün irq sayılmışdı, çünki onlar daha gözəl idilər. Blumenbax isə qafqazlıları ən gözəl hesab etmişdi. Ona görə də Qafqazı ağların ata-baba yurdu elan etmişdi.
O, əslində, 1785-ci ildə Göttingen Universitetinin professoru Kristof Maynersin fikirlərini inkişaf etdirmişdi: “İnsanlıq 2 əsas irqdən ibarətdir: Qafqaz və monqol, ikincisi fiziki və əqli cəhətdən çox zəifdir”. İrqi nəzəriyyə özünü doğrultmadı, lakin bu termin bir çox dillərdə möhkəmləndi.
FİDAN
XQ