Sahibə Qafarovanın PAİ-nin baş katibi ilə görüşü

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

Görüşdə Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. Martin Çunqonq Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunmasını təqdir edib.

Görüşdə cari ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri barədə də müzakirələr aparılıb.

***

Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya parlamentinin sədri Elisa Spiropali ilə də görüşüb.

Görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib.

Söhbət zamanı parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Görüşdə bu ilin noyabrında Bakıda COP29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı da məlumat verilib.

XQ

Son xəbərlər