Ersin Tatar İlham Əliyevin mövqeyini alqışlayıb

post-img

Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatar türk dövlətlərinin birliyinə xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib.

Ersin Tatar Türkiyənin “Sabah” qəzetinə müsahibəsində türk Kiprinin maraqlarını dəstəklədiyinə və Türk dünyasının birliyinə verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Siyasətçi qeyd edib ki, Lefkoşa Bakı və Ankara ilə “Bir millət, üç dövlət” kəlamı ruhunda dialoq qurur.

ŞKTC Prezidenti Azərbaycana səfərlərini Şimali Kiprin tanınması istiqamətində mühüm addım adlandırıb.

Kipr türklərinin lideri bildirib ki, Azərbaycan dövlətinin başçısı ilə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin birliyinə və həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bəyan edib və təşkilatın gələcəyi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər