2024-cü ilin Nobel Sülh mükafatına Yaponiyanın “Nihon Hidankyo” təşkilatı layiq görülüb. Norveç Nobel Komitəsinin “nobelprize.org” rəsmi saytı xəbər verir ki, bu qurum mükafata nüvə silahının törətdiyi humanitar fəlakətlər haqqında məlumatların yayılmasında mühüm rol oynadığına və nüvə silahına qarşı beynəlxalq kampaniyalarda fəal iştirakına görə layiq görülüb.
Xatırladaq ki, “Nihon Hidankyo” 1956-cı ildə Xirosima və Naqasakinin bombardmanı zamanı zərər çəkmiş insanlar tərəfindən yaradılıb. Onun üzvləri dünya ictimaiyyətini nüvə silahından istifadənin dəhşətli humanitar nəticələr doğurduğu barədə geniş şəkildə məlumatlandırmaqla məşğul olur, Yaponiyaya atom bombasının atılmasından sonra sağ qalanlara hüquqi və tibbi məsələlərdə köməklik göstərirlər.
Ə.PAŞA
XQ