Külək Goranboyda dağıntı törədib

post-img

Goranboyda küləkli hava şəraiti bəzi fəsadlara yol açıb.

Təbiət hadisəsi nəticəsində Goranboy–Naftalan avtomobil yoluna irigövdəli ağac aşıb. Nəticədə, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Küləkli hava şəraiti rayonun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub.

Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

XQ

Son xəbərlər