Dələduzluq faktları araşdırılır

post-img

Polis əməkdaşlarının oktyabrın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Məlumatı DİN mətbuat xidməti verib.

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan qadının 7000 manatını, 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 6350 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Ş.Şahmarov və 26 yaşlı C.Vəliyev müəyyən olunaraq saxlanılıblar.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir qadının 4000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı K.Əyyublu saxlanılıb.

 
Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər