Dünən ABŞ admistrasiyası İranın tezliklə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığını açıqlayıb.
Bu barədə məlumatda qeyd olunub ki, Ağ ev İsrailin müdafiəsi üçün fəal şəkildə hazırlıqlara dəstək verir: “İranın İsrailə qarşı birbaşa hərbi hücumu İran üçün müəyyən nəticələrə gətirib çıxaracaq”.
ABŞ hücumun yaxın saatlarda gerçəkləşə biləcəyi ilə bağlı İsrailə xəbərdarlıq edib.
Artıq ABŞ-ın İsraildəki səfirliyi tərəfindən hücum ehtimalı nəzərə alınaraq ABŞ hökuməti təmsilçilərinə və onların ailə üzvlərinə növbəti bildirişə qədər sığınacaqlarda qalmaq tapşırığı verilib.
AZƏRTAC