Almaniyanın ermənipərəst mövqeyinə cavab

post-img

“Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qa­nuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. Dağlıq Qarabağ adlı heç bir bölgə və ya qurum yoxdur".

Bu barədə Azərbaycan Xarici İşlər Na­zirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında Alma­niya XİN-ə cavabında bildirib.

XİN rəsmisi diqqətə çatdırıb ki, mü­naqişə 30 il əvvəl Ermənistanın hərbi təca­vüzü və azərbaycanlılara qarşı etnik təmiz­ləmə aparması nəticəsində başlayıb. Ayxan Hacızadə əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb.

O qeyd edib ki, bölgəni tərk etmək er­məni sakinlərin öz seçimi olub və Azərbay­can tərəfi onları bunu etməkdən çəkindirib:

“Bəli, indi sülh vaxtıdır və ümid edirəm ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazisinə olan iddialarından təkcə sözdə deyil, həm də əməldə əl çəkəcək”.

XQ

Son xəbərlər