Kanaklar Fransanın cinayətini ifşa edirlər

post-img

Kanaklar bu il mayın 13-dən - Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlaması ilə bağlı bəyanat yaymışlar.

Açıqlamada qeyd edilir ki, müstəmləkəçi dövlətin adanın cənu­bundakı Mont-Dore kommunasında yerləşən Sent-Luis qəbiləsinə münasibəti, təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət qeyri-mütə­nasib güc münasibətinə baxmayaraq, zərərsizləşdirilməli və susdu­rulmalı olan 1200 cinayətkarla iş aparırmış kimi davranır: “Ta­rixinə iz qoymuş qəbiləmiz 3 övladının öldürülməsinə layiq idimi? Bu gənclər siyasi ideallarını cəsarətlə müdafiə etdikləri üçün öldü­rülmüşdü”. 

Bəyanatda daha sonra deyilir ki, 1981-ci ildə edam edilən müstəqillik lideri Pierre Declercqin sui-qəsdçilərinin peşman olma­dıqları görünür: “Əminliklə bildiyimiz tək şey budur ki, bu dövlət üçün nə hüquqa hörmət edilməsi, nə də insan həyatlarının itirilmə­si onun ilahi missiyasını yerinə yetirməyinə əngəl törətmir. Buna əmin olmaq üçün, sadəcə olaraq, bizim yollarımızda qanunsuz şə­kildə dövr edən hərbi avtomobillərin sayının artmasını müşahidə etmək kifayətdir. Əgər Sent-Luisdəki hazırkı sistem dövlətin bütün ərazini nəzarətdə saxlamaq iddiası üçün bir “qəza testi” kimi təsvir edilirsə, bilsin ki, bütün bir qəbiləni şəhid etmək bəlkə də Kanakın müstəqillik arzusunu boğmaqdan daha asan olacaq”.

Bəyanatı Qəbilə klan başçıları Şurasının sədri Eugene Decoire və şuranın üzvü Yohann Vamytan imzalayıblar. 

XQ

Son xəbərlər