“Xankəndi” futbol klubu yaradıldı

post-img

Azərbaycanda “Xankəndi” futbol klubu yaradılıb. Komanda 2024–2025-ci illər mövsümündə Region Liqasında çıxış edəcək.

Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzində keçirəcək. Klu­bun təsisçilərindən olan Vasif İsmayılov mətbuata açıqlamasında bildirib ki, koman­danın məşqləri Bakıda olacaq. Artıq heyət formalaşdırılıb, məşqlərə start verilib. 

Klub funksioneri deyib ki, komandanın baş məşqçisinin adı iki həftədən sonra açıqlanacaq.

XQ

Son xəbərlər