İpək Yolu şəhərlərinin turizm konfransı

post-img

Dövlət Turizm Agentliyi Çinin Kunminq şəhərində keçirilən İpək Yolu Şəhərlərinin Mədəniyyəti və Turizminin İnkişafı üzrə Beynəlxalq Forumda və İpək Yolu Şəhərlərinin Beynəlxalq Turizm Alyansının illik konfransında təmsil olunub.

Alyansın illik toplantısında çıxış edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkə­zinin İdarə Heyətinin sədri Murad Ağabəyli tarixi İpək Yolu boyunca dayanıqlı turizmin inkişafının dəstəklənməsinin mühüm əhəmiyyətini vurğula­yaraq, Azərbaycanın bu sahədəki perspektivləri haqqında danışıb. O, Alyansa üzv olan şəhərlərlə əməkdaşlığı inkişaf etdirməklə, təcrübə mübadilə­sinin aparılmasının həm yerli icmaların, həm də İpək Yolu turizm dəhlizinin ümumi inkişafına töhfə verəcəyini bildirib.

M.Ağabəyli Dövlət Turizm Agentliyinin Qo­ruqları İdarəetmə Mərkəzinin Şəkidəki İpək Yolu irsinə dair əvəzsiz sərvətlərin qorunması və təbliği istiqamətində görülən işlər haqqında konfrans işti­rakçılarına ətraflı məlumat verib.

XQ

Son xəbərlər