Azərbaycan – Səudiyyə Ərəbistanı əlaqələri uğurla davam edir

post-img

Ortaq mədəni və dini dəyərlər baхımından Azərbaycan Səudiyyə Ərə­bistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir. Xüsusilə ölkə rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qayda­da, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir.

Bu sözləri maliyyə naziri Samir Şərifov Bakıda Səudiyyə Ərəbistanının milli bay­ramı – Krallıq elan olunması günü münasi­bətilə təşkil edilən rəsmi qəbulda söyləyib.

“Azərbaycan hökuməti olaraq BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çər­çivəsində qətnamələrin qəbuluna görə ölkəmizin mövqeyini daim dəstəklədiyinə, ərəb və İslam ölkələrində ictimai rəyin formalaşmasına güclü təsir göstərdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına min­nətdarlığımızı bildiririk. Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yarat­dığı əməkdaşlıq üzrə Müştərək Komissiya ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə İqtisadi Komis­siyalar, siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inki­şaf etdirmək üçün effektiv mexanizmlərdir. Ümid edirik ki, komissiyanın növbəti, 8-ci iclasını və siyasi məsləhətləşmələri çox yaxın vaxtlarda keçirəcəyik”, – deyə nazir vurğulayıb.

XQ

Son xəbərlər