Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz edir

post-img

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, Fransa Silahlı Qüvvələri 19 sentyabrda yenidən Yeni Ka­ledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə ediblər. İki mülki şəxs güllələ­nib, onlardan biri ölüb, digəri ağır yaralanıb.

Eyni zamanda, Fransa idarə­çiliyinə qarşı Martinikdə də eti­razlar başlayıb. Fransa hökumə­ti Yeni Kaledoniyada olduğu kimi, Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçıla­ra qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər.

“Yeni Kaledoniyadakı və­ziyyətin ciddiliyinin nəzərə alınması üçün biz Fransaya və beynəlxalq ictimaiyyətə müra­ciət edirik. Biz əməliyyatların şəffaflığına zəmanət vermək və dialoqun bərpasına kömək et­mək üçün bir daha beynəlxalq müşahidəçilərin göndərilməsi­ni xahiş edirik. Numea sazişin­də götürülmüş öhdəliklərə uy­ğun olaraq Kanak xalqının tam suverenlik uğrunda istəklərinə cavab vermək üçün ölkəmizin institusional və siyasi gələcə­yi ilə bağlı danışıqları yenidən başlamaq vacibliyini ifadə edi­rik.

Nəhayət, FLNKS Sent-Luisqəsəbəsinə, onun əhalisinə, aidiyyəti ailələrə öz dəstəyini verir, gəncləri öz həyatlarını qorumağa və ümumilikdə, əha­lini tam məsuliyyətlə səfərbər olmağa çağırırıq”, – deyə bəya­natda vurğulanır.

Son xəbərlər