Baş prokurorun Xızıda qəbulu

post-img

Baş prokuror Kamran Əliyev Xızı rayon prokurorluğunun inzibati binasında Xızı, Siyəzən, Şabran rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 15 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub. 

XQ

 

Son xəbərlər